Kanoe idmanı

Kür çayının SES-dən Vərvərə su anbarının yuxarı hissəsinədək olan kəsimi (təxminən 10 kilometr) Avropada ən böyük təbii avarçəkmə kanalı sayılır. Məhz buna görə Bakı ilə birgə Mingəçevir 2015-ci ildə Azərbaycanda keçirilən tarixdə Birinci Avropa Oyunlarının proqramları çərçivəsində idman avarçəkməsi üzrə yarışların məkanı seçilib

news-detail     news-detail

Mingəçevirin rəmzlərindən biri hələ SSRİ vaxtından avarçəkmə bazası kimi tanınan “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir. Burada bütün post-sovet məkanından peşəkar avarçəkənlərin yığma komandalarının təlim-məşqi keçirilib və indi də keçirilir. Bazanın unikallığı ondadır ki, burada ilboyu akademik avarçəkmə, baydarka və kanoe üzrə məşq etmək, habelə beynəlxalq turnirlərin keçirilməsi üçün ən münasib şərait var. Bütün bu üstünlüklərlə yanaşı, məhz açıq sahədə geniş su ərazisi, minimum yağıntı və küləyi olan yumşaq iqlim, yaşamaq üçün hər cür şərait və idmançılar üçün xüsusi qidalanma kompleksi həm Avropada, həm də bütün MDB məkanında analoqu olmayan bir məkana çevirir.

news-detailKompleksin tərkibinə 8 üzmə zolağına malik 21х50 metr ölçüdə üzgüçülük hovuzu, 391 tamaşaçı tutan idman zalı, NBA standartlarına cavab verən döşəmə, gəmini xatırladan 6 mərtəbəli 149 nəfərlik 4 ulduzlu mehmanxana, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar (ellinq), “Qüllə” restoranı və digər obyektlər var. Burada mütəmadi olaraq peşəkar turnirlər, o cümlədən avarçəkmə üzrə ənənəyə çevrilmiş hər il mart ayında başlanan “Prezident Kuboku” beynəlxalq reqatası, noyabr ayında isə “Mingəçevir reqatası” keçirilir.

Maraqlıdır ki, kompleksin ərazisində vaxtilə əkilmiş qovaq ağacı hələ də durur. Orada asılmış lövhədən ağacın 1875-ci ildə əkildiyi məlum olur. Çoxsaylı qonaqlar nəhəng qovaq ağacının yanında fotoşəkil çəkdirməyi xoşlayırlar. Kompleksin bənzərsiz landşaftından kino işçiləri natura çəkilişlərində də tez-tez istifadə edirlər.

Azərbaycan avarçəkmə idmanının ən uğurlu və tanınmış nümayəndələri dünya və Avropa çempionu Valentin Demyanenko, kanoe üzrə dünya çempionatının mükafatçısı Sergey Bezuqlı, Maksim Prokopenko və başqalarıdır. Şübhə yoxdur ki, məşhur “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin istedadlı yetirmələrinin adı tezliklə dünyaya yayılacaq.